Qəbələ Uşaq və Ailələrə Dətək Mərkəzi 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir təşkil etmişdir.

6 iyun 2018

Paylaş:

        Tədbir çərçivəsində Qəbələ Mədəniyyət Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların əl işləri və rəsm əsərlərindən ibarət sərgi nümayiş olundu. Sərgidə rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Sərgidən sonra bayram münasibətilə rayon səviyyəsində bayram tədbiri təşkil edildi. Tədbirdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzindən bəhrələnən uşaqların  hazırladıqları şer və rəqs nömrələrinə də yer verildi. Tədbirin sonunda əlamətdar gün münasibətilə uşaqlara bayram hədiyyələri təqdim olundu.