İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirmişdir

6 iyun 2018

Paylaş:

Tədbir rayonun ən böyük istirahət mərkəzlərindən biri olan  “Günəş” istirahət Mərkəzində keçirildi. Tədbirdən öncə uşaqlar istirahət mərkəzini və mərkəzi əhatələyən meşəni gəzdilər, təbiətlə tanış oldular. Sonra bələdçinin bələdçiliyi ilə istirahət mərkəzinə məxsus  heyvanxananı gəzdilər.

Sonra uşaqlar şirniyyat stolu arxasında konsert proqramına tamaşa etdilər, özləri də şeir söyləyib, mahnı oxudular. Mərkəzin  ADR-in 100 illik yubileyi ilə əlaqədar təşkil etdiyi tədbirdə fəallıq göstərmiş Mərkəzdən bəhrələnən uşaqlara, habelə Mərkəzlə sıx əməkdaşlıq edən şəhər baxçalarının uşaqlarına Fəxri Fərman, Təşəkkürnamə və hədiyyələr təqdim olundu.