Məhkum anaların uşaqlarının hüquqlarının müdafiəsi məqsədilə onların birgə görüşləri təşkil olunub

4 iyun 2018

Paylaş:

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il olduğu kimi bu il də silsilə tədbirlərin təşkili nəzərdə tutuldu. Silsilə tədbirlər çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsi ilə birgə mütəmadi olaraq məhkum anaların uşaqlarının hüquqlarının müdafiəsi məqsədilə onların birgə görüşlərini təşkil etdi. Növbəti tədbir olaraq, 25 may 2018-cı il tarixində ’’Birlik’’ xeyriyyə təşkilatının da iştirakı ilə internat və uşaq evlərində tərbiyə alan uşaqların məhkum anaları ilə görüşü təşkil olundu.

Görüşün təşkil edilməsində məqsəd valideyin məsuliyyətinin məhkum qadınlar arasında təbliği, onlara mənəvi dəstəyin göstərilməsi, həmçinin uşaqlara bayram əhval ruhiyyəsi bəxş etməkdir. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova Prezident İlham Əliyevin Azərbaycanda qadınlara, uşaqlara, onların hüquqlarının müdafiəsinə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. Daha sonra tədbirdə iştirak edən uşaqlara ’’Birlik’’ xeyriyyə təşkilatı tərəfindən müxtəlif hədiyyələr paylanıldı, əyləncə şirkətinin əməkdaşları tərəfindən əyləncəli tamaşa nümayiş olundu.

Tədbirdən sonra Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində tərbiyə alan uşaqlarla da görüş keçirildi və hədiyyə olaraq musiqi alətləri təqdim olundu.( Pianino, qitara, 2 ədəd tar, sentizator, tütək, nağara, qoşa nağara, skripka). Həmçinin stol üstü oyunlar, alt paltarları və gigiyenik vasitələr)

Tədbirdə uşaq şöbəsinin müdiri Cəmilə Bağırova, müdir müavini Reyhan Seyidova və şöbənin əməkdaşı Zahidə İsrafilova iştirak etmişlər.