Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi ADR-in 100 illiyi münasibəti ilə tədbir keçirmişdir

4 iyun 2018

Paylaş:

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.  Bununla əlaqədar olaraq Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi, Əhmədbəyli kənd tam orta məktəbi ilə birgə tədbir təşkil etmişdir. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir. Tədbir Dövlət Himnimizin sədaları altında açıq elan edildikdən sonra,  iştirakçılara Respublikamızın müstəqilliyindən söhbət açılmışdır.

Daha sonra məktəblilərin hazırladıqları fəlaşmob təqdim olundu. Tədbir məktəblilərin şerləri, mahnıları ilə davam etmişdir.