“Mənim səsim–mənim hüquqlarım” adlı dəyirmi masa

31 may 2018

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqlarda liderlik keyfiyyətlərinin formalaşması, öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək imkanı yaratmaq məqsədilə  il ərzində uşaqların iştirakı ilə müxtəlif tədbirlər həyata keçirir.

 

“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi” Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Məclis və UNİCEF-lə birgə 1 İyun tarixində saat 11:00-da Milli Məclisin konfrans zalında “Mənim səsim–mənim hüquqlarım” adlı dəyirmi masa təşkil edəcəkdir. Tədbirdə il ərzində uşaq hüquqları sahəsində keçirilən tədbirlərdə aktivliyi ilə seçilən uşaqların Milli Məclis üzvləri ilə görüşü nəzərdə tutulmuşdur.

 

Dəyimi Masada uşaqlar müxtəlif mövzular ətrafında - “Sağlam həyat tərzi”, “Uşaqlar üçün bərabər imkanlar”, “Asudə vaxtın təşkili”, “Müasir dövrdə uşaqların internet təhlükəsizliyi” və uşaqları düşündürən digər məsələlər ətrafında çıxış edəcək, parlament üzvləri ilə müzakirə təşkil ediləcəkdir.

 

Eyni zamanda tədbirdən öncə 10:00-da tədbir keçirilən zalın foyesində ölkə üzrə istedadlı uşaqların rəsm əsərlərindən ibarət sərgi nümayiş etdiriləcəkdir.