“Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumu" keçirildi

30 may 2018

Paylaş:

30 may 2018-ci il tarixində Bakı Konqres Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V  Forumu” keçirilir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə  və ölkə xaricində silsilə tədbirlər həyata keçirilir.

Forumun keçirilməsində məqsəd 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunması və son 100 ildə qadın hüquqlarının müdafiəsi sahəsində əldə olunan nailiyyətlərin müzakirəsi, qarşıda dayanan vəzifələrin müəyyən edilməsidir.  

Tədbir millət vəkilləri, dövlət və qeyri-hökümət təşkilatlarının, beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələrin, görkəmli ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilir.

Forumdan əvvəl iştirakçılar Fəxri Xiyabanı ziyarət edib, Xalqımızın Ümummilli Lideri, müstəqil dövlətimizin qurucusu və memarı Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı qarşısına tər güllər düzülüb. 

Tədbirdə bildiririlib ki, Müsəlman Şərqində və türk dünyasında ilk demokratik və parlamentli Respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. İnsan hüquq və azadlıqların təmin edilməsi, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti devrildi və yeni iqtisadi-siyasi sistem yarandı. Sovet hakimiyyəti dövründə bir sıra çətinliklərə baxmayaraq, Azərbaycan qadını inamla özünü ifadə edir, həyatın bütün sahələrində aktiv fəaliyyət göstərirdi. Xalqımızın hüquq və azadlığını daim qorumuş, onun milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətlər göstərmiş Ümummilli Liderimiz Heydər Əliyev hansı dövrdə işləməsindən asılı olmayaraq qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır. O, qadınların rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət verirdi.  XXəsrin müəyyən mərhələlərində  olduğu kimi, müstəqillik dövründə də Azərbaycan Respublikası Qadınları təşkilatlanaraq problemləri müzakirə edir,  bu istiqamətdə gələcəkdə görüləcək məsələləri dövlət və cəmiyyət qarşısında qaldırır. Bu baxımdan, 1998, 2003, 2008 və 2013-cü illərdə keçirilmiş Azərbaycan Qadınlarının Qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Hər bir qurultayın özünəməxsus devizi və çağrışlar müəyyən olunur.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubu oxunub.

Daha sonra Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Forum iştirakçılarına təbrik məktubunu səsləndirib. 

Forumda beynəlxalq təşkilatların video müraciəti və Azərbaycan Respublikasında qadınlara seçki hüququnun verilməsinin 100 illiyinə və qadın hərəkatına həsr olunmuş film nümayiş olunub.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Qadınların V Forumu ölkə rəhbərliyinin  böyük dəstəyi və diqqəti ilə keçirilir. Vətəndaşlarımız, xüsusən də, qadınlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılır, qadın hüquqlarının qorunmasına hər zaman diqqət göstərilir. Həmçinin  Respublikanın  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qadınların ictimai həyatda aktiv rolunun təmin edilməsinə böyük qayğı ilə yanaşır, bərabər imkanların yaradılması üçün çox önəmli işlər görür. Əlbəttə ki, bütövlükdə bu, Azərbaycanda dövlət qadın siyasətinə verilən yüksək qiymətin nümunəsidir.

O qeyd edib ki, bu il ölkəmiz bir sıra mühüm tarixi hadisələr yaşayır. May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu. Və bu tarix möhtərəm Prezident cənab İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan edilməsi haqqında Sərəncamından irəli gələrək ölkəmizdə, o cümlədən, dünyanın bir çox ölkələrində təntənəli şəkildə qeyd olunur: “Müsəlman Şərqində və Türk dünyasında ilk Demokratik Respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi.  Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və daha da gücləndirilən siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. Bütün bunların fonunda qadın hüquqlarının qorunması məsələsi də öz aktuallığını saxlamışdır. Bu, bir tərəfdən qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələrlə bağlıdırsa, digər tərəfdən həyata keçirilən dövlət qadın siyasəti və yaradılan geniş imkanlarla bağlıdır.”

Hicran Hüseynova diqqətə çatdırıb ki, insan hüquq və azadlıqlarının bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanınması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cumhuriyyətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Demokratik Respublikanın Parlamenti tərəfindən  qadın və uşaqlarla bağlı qəbul olunan qanunlar həmin dövrdə onlar üçün yaradılan imkanların parlaq  nümunəsi idi. Azərbaycanın bütün müəssisələrində qadınlar, özü də müxtəlif millətlərdən olan qadınlar eyni şərtlərlə çalışırdılar: “1918-1920-ci illər ərzində işləyən qadınların sayı artmış və işçi qadınların sayı işçi kişilərin sayı ilə demək olar ki, bərabərləşmişdi. İdarəetmə və qərarqəbuletmədə qadınlar aktiv iştirak edir,  Parlament və Hökumət aparatında inzibati vəzifələrdə işləyirdilər. Erməni təcavüzündən,  I Dünya müharibəsindən əziyyət çəkən qadın və uşaqları müdafiə etmək, onları cəmiyyətə inteqrasiya etmək istiqamətində çox önəmli tədbirlər həyata keçirilirdi.  Digər bir vacib məqamı da qeyd etmək isəyirəm ki, o zaman yalnız qadın hüquqlarının müdafiəsi deyil, həmçinin uşaq hüquqlarının qorunması sahəsində çox mühüm  addımlar atılmışdır”.

 

Komitə sədri bildirib ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti devrildi və yeni iqtisadi-siyasi sistem yarandı. Sovet hakimiyyəti dövründə bir sıra çətinliklərə baxmayaraq, Azərbaycan qadını inamla özünü ifadə edir, həyatın bütün sahələrində aktiv fəaliyyət göstərirdi. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, istər sovet hakimiyyəti, isərsə də müstəqillik dövründə milli qadın hərakatının formalaşması, genişlənərək institutlaşması üçün çox böyük işlər görmüşdür.

“Bu gün əhalinin xüsusi həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən bütün qüvvələr səfərbər edilmişdir. Cənab Prezident İlham Əliyev və respublikanın  Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın konkret tapşırıqları əsasında onlar üçün yaşayış binalarının, eyni zamanda cəbhə bölgələrində ziyan dəymiş evlərin, sosial obyektlərin  tikinti, bərpa və təmir işləri aparılır. Azərbaycanın ən böyük nailiyyəti və dəyəri olan müstəqilliyimizi möhkəmləndirmək bizim əsas məqsədimizdir” deyə Hicran Hüsyenova əlavə edib.

Komitə sədri qeyd edib ki, ölkəmizin qarşısında Gələcəyə Baxiş İnkişaf Konsepsiyası və  BMT-nin  Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, eyni zamanda, milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndən irəli gələrək çox mühüm öhdəlikləri vardır. Həmin sənədlərdə  gender bərabərliyinin təmin edilməsi və bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi məsələsi məqsəd olaraq müəyyən edilmiş və  hədəflər göstərilmişdir.

Hicran Hüseynova onu da diqqətə çatdırıb ki, Prezidentimizin uğurlu dövlət idarəçiliyi, onun başçılığı ilə aparılan sistemli islahatlar, bölgələrimizin sosial-iqtisadi inkişafı qadınların qarşısında böyük imkanlar açır.  Ölkədə  biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar sahibkarlarımızda, xüsusi ilə də qadın sahibkarllarda böyük ruh yüksəkliyi yaratmışdır. Son illərdə qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur, hazırda sahibkar qadınların sayı yüz qırx üç mindən çoxdur.  Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması da yeni iş yerlərinin açılmasının asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarlığın inkişafı və onların  iqtisadi və sosial sahədə iştirakçılığının artırılmasına kömək edir. Həmçinin Komitəmiz də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə  “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsini həyata keçirir.  Təkcə  layihə çərçivəsində  5 rayonda yüzlərlə  qadın biznes fəaliyyətinə başlayıb. Və  bu, bütövlükdə respublika üzrə sahibkar qadınların sayının artmasında böyük uğurdur.

Komitə sədri xüsusilə qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştirakına marağı artmışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr səhiyyə, mədəniyyət, sosial sahə, ekologiya sahələrindən əlavə, idmanı da geniş əhatə edir.  İlk Avropa Oyunlarının, eləcə də, IV İslam Həmrəyliyi Oyunlarını  yüksək və peşəkar səviyyədə təşkil olunması və həyata keçirilməsində  Təşkilat Komitəsinin rəhbəri kimi, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın böyük və əvəzolunmaz əməyi vardır.  Mehriban xanımın təşəbbüsü ilə  qadın hüquqlarının müdafiəsi istiqamətində  apardığı işlər xüsusilə qeyd olunmalıdır. 

“Həqiqətən bu gün Azərbaycan qadını-ənənələri, intellekti və sosial aktivliyi özündə cəmləşdirir. Onlar, yalnız xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu deyil, həm də bütün peşə və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikanın inkişafında fəal iştirak edirlər.Qadınlarımız hər zaman istərAzərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bildirib ki, 2018-ci il Azərbaycanda "Xalq Cümhuriyyəti ili" elan edilib: "Bu da heç təsadüfi deyil. Bununla Azərbaycan xalqı həmin dövr tariximizə olan dərin ehtiramını bildirir. Azərbaycan Xalq Cümhuriyyəti çox yaşaya bilməsə də, onun qoyduğu ənənələr yaşayıb. Azərbaycan qadınlarının hələ 100 il əvvəl ictimai həyatda yaxından iştirak etməsi üçün addımlar atılıb".

O qeyd edib ki, qadın hüquqlarının təmini üçün yeni vəzifələr ortaya çıxır. Azərbaycanda sahibkarlığın inkişafına qadınların verə biləcəyi töhfəni artırmaq qarşımızdakı vəzifələrdən biridir. Eyni zamanda innovativ fəaliyyət sahəsində qadınların daha fəal iştirakına ehtiyac var. Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan cəmiyyətinin inkişafına qadınlar xüsusi töhfələrini verirlər: "Azərbaycan qadınlarının bir çox fəaliyyət sahələrində təmsilçilik faizi kişilərdən çoxdur. Təhsil, səhiyyə sahəsində çalışan qadınların sayı kişilərdən daha çoxdur. Əlbəttə, biz bütün bunlarla qürur duyuruq. Amma eyni zamanda irəliyə baxırıq. Qadın hüquqlarının təmini üçün yeni vəzifələr ortaya çıxır. Düzdür, idarəçilik sistemində təmsil olunan, ictimai-siyasi fəaliyyət üzrə çalışan qadınların sayı artır. Amma parlamentdə qadınların təmsilçilik faizinin 20 faizdən aşağı olması, bələdiyyədə qadınların təmsilçilik faizinin 40 faizdən çox olmaması bizi düşündürməlidir. Qadınlarla kişilərin əməkhaqları arasındakı fərqlə bağlı da düşünməliyik. Biz qadın əməyindən daha səmərəli istifadə etməliyik. Bununla Azərbaycan cəmiyyəti daha da inkişaf edər”.

Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri və İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova: "Cümhuriyyət qurucuları qadın hüquqlarını qorumaq üçün əvvəlcə öz ailələrindəki xanımlardan başladılar". O bildirib ki, cümhuriyyət qurucularının qadınları həm maari­fləndirmə işlərinin təşkilində, həm də qad­ınlara kömək etmək istiqamətində səylərini­ əsirgəmirdilər: "XIX əsrin sonunda bir­ çox hüquqların həyat­a keçirilməsini tələb­ edən ziyalılar, XX ­əsrdə bu istiqamətdə işlərini daha ­da genişləndirdilər. XX əsrin əvvəllərində artıq ­qadınlar da, kişilərlə­ birgə öz hüquqlarını­ müdafiə etməyə başla­mışdılar".

Bahar Muradova qeyd edib ki, Azərbaycan qadınları demokratik respublikanın qurulması işinə də öz töh­fəsini verib: "Azərbay­can qadını Milli Qəhr­əman adı da alıb. Onl­ar vətənin azadlığı u­ğrunda öz canlarını q­urban verməkdən belə ­çəkinmirlər". O bildirib ki, Azərbaycan ərazisi 26 ildir ki, işğal altındadır. Ötən 100 il ərzində çoxmiqyaslı nailiyyətlər əldə edilsə də, yeganə problem Dağlıq Qarabağ münaqişəsinin olması bizə bu nailiyyətləri bütün mənası ilə hiss etməyə imkan vermir. Onun sözlərinə görə, dünya ictimaiyyətinin laqeyd qalması bu problemin bu günə qədər gəlib çatmasına rəvac verib: "Bu günkü beynəlxalq ictimaiyyət də Dağlıq Qarabağ münaqişəsi kimi problemlərin həlli üçün aparıcı mövqe olan beynəlxalq hüququn prinsiplərinə riayət etməyin vacibliyini vurğulamağın üzərindən sükutla keçir və bununla da erməni təcavüzünə, erməni işğalına şərait yaratmış olur".

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Rezident Əlaqələndircisi Qulam İsakzai bildirib kiAzərbaycan gender bərabərliyi ilə bağlı bir sıra konvensiyalara qoşulub. Azərbayсanda qadınlar ölkə rəhbərliyində də təmsil olunur. Azərbaycanla bu sahədə işləri davam etdirməliyik. Dayanıqlı İnkişaf Məqsədlərində də gender bərabərliyinə xüsusi önəm verilir. İngiltərə Lordlar Palatasının üzvü, Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistanda Ticarət nümayəndəsi Baronessa Emma Nikolson və Münaqişələr zamanı Cinsi Zorakılıq üzrə BMT Baş Katibinin xüsusi nümayəndəsi Pramila Patten çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik ediblər, eyni zamanda qadınlara seçib-seçilmək hüququ verilməsinin 100 ilinin tamam olmasını yüksək qiymətləndiriblər. Çıxışçılar Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətinin əhəmiyyətini vurğulayaraq, bundan sonrakı fəaliyyətdə də uğurlar arzu ediblər. Qeyd edilib ki, Azərbaycan elə bir ölkədir ki, bölüşəcək faydalı təcrübəyə malikdir və üzərinə düşən beynəlxalq öhdəlikləri yerinə yetirir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  sədr müavini Sona Salmanovaçıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınlarının ictimai fəaliyyətini hər zaman yüksək qiymətləndirmişdir. Bu gün keçirilən Forumun da qadınlara seçki hüququ verilməsinin 100 illiyinə həsr edilməsi təsadüfi deyil. Tarixə nəzər salanda görürük ki qadınlarımız ictimai-siyasi sahələrdə hər zaman fəal iştirak etməyə başlamışdır. Ədalət mühakiməsini həyata keçirmək o zamanlar daha çox kişilərin üzərinə düşmüşdür. Lakin zaman keçdikcə başqa sahələrdə olduğu kimi məhkəmə sahəsində də, ədalətin təmin olunmasında, prokurorluq, vəkillik sahələri üzrə qadınların təmsil olunması və bunun yüksələn xətlə davam etməsi qadınlara göstərilən etimadın nəticəsidir. Sona Salmanova məhkəmə orqanlarında təmsil olunan qadınların sayı və fəaliyyətləri haqqında məlumatları diqqətə çatdırıb. O deyib ki, Azərbaycan dövləti əsrlərə bərabər bir inkişaf yolu keçmişdir və bu inkişaf yolu bu gün də uğurla davam edir və biz inanırıq ki, qadınlarımız bundan sonra da hər bir sahədə geniş təmsil olunacaqlar.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd edib ki, Azərbaycan qadını qısa müddət ərzində bir çox uğurlara imza atmışdır. Xüsusən də Ümummilli Liderin rəhbər təyin edilməsindən sonra qadınlarımızın cəmiyyət həyatındakı yeri və rolu daha da artmışdır. Ulu Öndər qadınların geniş təhsil imkanlarına malik olmaları, müxtəlif peşə, ixtisaslara yiyələnmələri üçün mühüm şəraitin yaradılmasına xüsusi önəm vermişdir: “O, qadınların hüquqlarının qorunması, problemlərin həlli məsələlərinə hər zaman diqqətlə yanaşmışdır. Qanunvericilik sahəsində edilən yeniliklər, təkmilləşdirmələr, ölkəmizin mühüm konvensiyaları ratifikasiya etməsi imkan vermişdir ki, qadınlarımız hər bir sahədə daha fəal olsunlar. Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qadınlarımızın ictimai-siyasi, iqtisadi, mədəni, incəsənət, özəl sektorda, sahibkarlıqda geniş şəkildə təmsil olunmaları deyilənləri bir daha təsdiq edir.” Ramilə Seyidova Naxçıvan Muxtar Respublikasında qadınların bütün sahələrdə fəal olmalarını qeyd edərək, bir çox sahələrdə qadınların təmsilçiliyi istiqamətində statistik göstəriciləri diqqətə çatdırıb.

Forum 2 hissədə öz işini həyata keçirib. Forumun I hissəsi plenar şəkildə, 2-ci hissə isə müxtəlif mövzular üzrə panellərlə davam edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri  Mələk Çakmakın moderatorluğu ilə keçirilən“Ekologiyada Qadınlar və Qida Təhlükəsizliyi” adlı I paneldə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Strateji təhlil və  planlaşdırma şöbəsinin müdiri Firdovsi Fikrətzadə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva, “Coca-Cola” şirkətində Təchizat Sistemlərinin direktoru Rəna Məmmədova və Bakı Dövlət Universitetinin Ekoloji kimya fakültəsinin müdiri Sevinc Hacıyevanın iştirakı ilə davamlı ərzaq təhlükəsizliyinin təmin olunmasında qadınların rolu, ekologiya və qadınlar, Azərbaycanda  “Coca-Cola” və ekologiya kimi mövzular müzakirə edilib.

Münaqişələr zamanı Cinsi Zorakılıq üzrə BMT Baş Katibinin xüsusi nümayəndəsi Pramila Pattenin moderatorluğu ilə keçirilən “Bərabərliyin 100 illiyi: tarixin nailiyyətləri və müasirlik” adlı II paneldə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva, Ailə, Analıq və Uşaq Hüquqlarının Müdafiəsi üzrə Dağıstan Respublikasının Başçılığı altında səlahiyyətli şəxs Marina Yezhova, Türk  Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, Küveyt Parlamentinin ilk qadın millət vəkili, Küveyt Universitetinin professoru Salwa Al-Jassar, Moskva Dövlət Universitetinin Həmkarlar İttifaqının sədri Larisa Zhigaltsovanın iştirakı ilə müvafiq mövzular ətrafında müzakirələr aparılıb.

İclasda çıxış edən Ombudsman Elmira Süleymanova diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ ilə yanaşı, çoxlarına bəlli olmayan, bilavasitə qadın taleyi ilə bağlı olan qərarlar da verib. O, müasir müstəqil Azərbaycanda insan hüquqlarının təminindən, Ombudsman təsisatının fəaliyyətindən danışıb, gördüyü işləri diqqətə çatdırıb.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, qadınların seçib-seçilmək hüququnu tanıyan, qadın-kişi bərabərliyini təmin edən ilk müsəlman ölkəsi olub. Məhz bu dövrdə milli qadın siyasəti dövlət statusu alıb. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl məhz Azərbaycanda qadına cəmiyyətin həyatında siyasi proseslərə qoşulmaq hüququ verilib.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva milli mətbuatımızın hər zaman - Cümhuriyyət dövründə və ondan əvvəl də xalqa xidmət etdiyini bildirib. Vurğulayıb ki, dünyada ikili standartlara əsaslanan yanaşmanın olduğu müasir dövrdə Azərbaycan bir sıra çətinliklərlə, o cümlədən əhalisinin bir milyondan çoxunun qaçqın və məcburi köçkün düşməsi, torpaqlarının 20 faizinin işğal edilməsi ilə qarşılaşıb. Bu məsələ təkcə Azərbaycanın deyil, dünya mediasının işıqlandırmalı olduğu məsələdir. Dünya mətbuatı bizim problemimizi tam işıqlandıra bilmir. Bu, xoşagəlməz haldır. Biz beynəlxalq insan haqlarını yaxşı mənimsəmiş jurnalistlər də yetişdirməliyik.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tarixən türk qadınının mənəvi, əxlaqi keyfiyyətləri ilə seçildiyini, milli mənəvi dəyərlərin yetişməsində fəal rol oynadığını deyib, təmsil etdiyi qurumun fəaliyyətindən söhbət açıb.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini Sevinc Həsənovanın moderatorluğu ilə keçirilən “İqtisadiyyatda qadınlar : yeni imkanlar və çağırışlar” adlı III paneldə BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə bürosunun gender məsələləri üzrə qrup rəhbəri Bharati Sadasivam, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun şöbə müdiri professor və AMEA-nın Qadınlar Şurasının sədri Rəna Mirzəzadə, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri” Səkinə Babayeva, AmCham-ın icraçı direktoru Natəvan Məmmədova, “Ailə Biznesinə Asan Dəstək” ABAD  publik hüquqi şəxsin nümayəndəsi Turanə Qasımovanın iştirakı ilə kənd və rayon ərazilərində qadınların qərarqəbul etməkdə səlahiyyətlərinin artırılması və qadınların iqtisadi hüquqlarının təmin edilməsi, dayanıqlı inkişaf və biliklər iqtisadiyyatı gender nəzəri-hüquqi paradiqmalarda, qadınların iqtisadi imkan və bacarıqlarının artırılmasının sahibkarlığın inkişafına təsiri, Azərbaycan qadınlarının aparıcı şirkətlərdə rolu və onların innovativ inkişafda perspektivləri, qadın sahibkarlığının inkişafında son dövrlər mövcud olan problemlər və perspektivlər, yeni tendensiyalar mövzuları üzrə müzakirələr aparılıb. İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycanın bu gün mövcud iqtisadi inkişafında qadınlarımızın önəmli rolu var. Azərbaycan qadınlarına potensiallarını reallaşdırmaq üçün hər cür şərait yaradılıb. Növbəti illərdə Azərbaycan iqtisadiyyatı daha sürətlə şaxələndiriləcək və bu işdə qadınların fəaliyyəti şübhəsizdir.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın moderatorluğu ilə keçirilən “Qadınlar və İKT: reallıq və perspektivlər" adlı IV paneldə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Strateji Araşdırma və Planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova, Fransız yazıçı-jurnalist Gouraud Jean Louis, Azərbaycanın 100 İşgüzar qadınlar Klubunun sədri Tatyana Mikayılova, Femmes Digitales İKT Qadınlar Klubunun təsisçisi Səbinə Məmmədli, Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynovanın iştirakı ilə rəqəmsal bərabərsizliyin gender aspektləri, qadınlar və sosial media: Çağırışlar və imkanlar, İKT sahəsində qadınların irəli çəkilməsi və o cümlədən qadın və qızların müəllif kimi müvafiq təşəbbüslərin həyata keçirilməsinə stimullaşdırılması, İKT-nin qadın sahibkarlığının inkişaf  etdirilməsinə töhfəsi, İKT sahəsində qadın və qızların hüquq və imkanlarının genişləndirilməsi ətrafında müzakirələr keçirilb. Qeyd olunub ki, İKT gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsində əsas amillərdən biridir. Bu texnologiyalardan istifadə imkanına malik olan qadınlar və qızlar yeni iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin inkişafı kimi imkanlardan asanlıqla istifadə edə bilərlər.

Daha sonra panellərin moderatorları - BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmakın, BMT baş katibinin münaqişələr zamanı cinsi zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi Pramila Pattenin, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənovanın və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın hesabatları dinlənilib.

Panellərdən sonra “Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V  Forumu”nun Qətnaməsi qəbul edilib və Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə tərəfindən səsləndirilib. Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva tərəfindən Azərbaycan Respublikası Prezidentinə Forum iştirakçılarının müraciəti oxunub.

Yekunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yekun nitqi ilə çıxış edərək, Forumun həyata keçirilməsində göstərdikləri dəstəyə görə ilk növbədə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə, Respublikanın Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və Forumun bütün digər iştirakçılarına, bütün dövlət qurumlarının məsul şəxslərinə, millət vəkillərinə, informasiya dəstəyinə görə media qurumlarına, o cümlədən xarici ölkələrdən olan qonaqlara, çıxış edən hər kəsə təşəkkürünü bildirib.

Komitə sədri qeyd edib ki, keçən müddət ərzində əvvəlki Qurultaylarda qəbul edilən Qətnamələrdəki müddəaların əksəriyyəti həyata keçirilmişdir: “Düşünürəm ki, bu Forumda da irəli sürdüyünüz təkliflərıniz reallaşacaq, öz həllini tapacaqdır. Əlbəttə ki, mən qısaca olaraq, bəzi məsələləri nəzərinizə çatdırmaq istərdim. Qeyd edim ki, ümumiyyətlə, qadın hüquqlarının müdafiəsi ilə bağlı  hüquqi baza daim təkmilləşdirilir. “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, qadın hüquqlarının müdafiəsi sahəsində  gələcək hədəf istiqamətlər üzrə mühüm sənədlər hazırlanmaqdadır”.

Hicran Hüseynova bildirib ki, ölkə başçısı cənab İlham Əliyev, Azərbaycan Hökuməti qadınlarımız üçün bütün imkanları yaradır ki, onlar öz potensiallarını,  bilik və bacarıqlarını reallaşdıra bilsinlər. Lakin qadınlarımız özləri də təşəbbüslərlə  çıxış etməli, hüquqlarının müdafiəsi ilə bağlı aktiv fəaliyyət göstərməlidirlər: “Biz  Azərbaycan qadınları, prezident seçkilərində necə həmrəylik göstərmişdiksə, eləcə də ölkə başçısının həyata keçirdiyi dövlət siyasətini və strategiyasını dəstəkləməliyik. Biz tarixi, mili adət-ənənələrinin,  ailə dəyərlərinin daşıyıcısı olaraq, gənc nəslə düzgün təlim- tərbiyə verməklə, onları xalqa bağlı, vətənpəvərlik ruhunda böyüməsinə, milli genefondumuzun qorunmasına çalışmalıyıq. Bu sahədə üzərimizə böyük məsuliyyət düşür, əgər biz bu vəzifəni layiqincə yerinə yetirsək, onda  vətəninə  xəyanət edənlərin də şahidi olmarıq”.

Forum bədii hissə ilə öz işini başa çatdırıb.