Komitədə Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçiriləcək

21 may 2018

Paylaş:

20-22 may 2018-ci il tarixlərində Laos Xalq İnqilabı partiyası Mərkəzi Komitəsinin üzvü, Xarici Əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaqdır. Səfər çərçivəsində  22 may  2018-ci il tarixində, saat 09:45-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakının görüşü baş tutacaq.  

            Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi, qadın və uşaq  hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsində və keçirilən layihələrdə effektivliyin artırılması məqsədilə müzakirələr aparılacaq.