“Tütünçəkmənin və narkotiklərin insan orqanizminə mənfi təsiri barədə “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda tədbir Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində keçiriləcəkdir.

18 may 2018

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.

Bu istiqamətdə keçirilən layihələrin davamı olaraq, Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədi ilə növbəti tədbirin 21 may 2018-ci il tarixində saat 11:00-da Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Nəqliyyat və Rabitə Kollecində Komitə əməkdaşlarının və  ekspert qismində Səhiyyə Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilməsi  nəzərdə tutulur.

Keçiriləcək tədbirdə gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkogolizm, siqaret), QİCS-ə qarşı mübarizənən gücləndirilməsi istiqamətində məlumatlandırma mövzuları ətrafında müzakirələr aparılacaqdır.