Beynəlxalq Ailə Günü münasibəti ilə tədbirlər

17 may 2018

Paylaş:

15 may-Beynəlxalq Ailə Günü münasibəti ilə Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri müxtəlif yönümlü tədbirlər təşkil etmişdirlər.

         Beləki Saatlı UADM rayonun nümunəvi ailələrindən olan, 60 ildir birgə ömür sürən Fətullayevlərin ailəsinə səfər etmişdir. Sabirabad UADM rayonun Qalağayı kəndində yaşayan çoxuşaqlı ailəyə qonaq olmuşdur. Zərdab UADM milli mənəvi dəyərlərin qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsi məqsədilə gənclərin yaşlı nəslin nümayəndələri ilə görüşünü təşkil etmişdir. Ağdam UADM  rayonun Quzanlı köçkün qəsəbəsində yaşayan 40 il birlikdə yaşayan Məmmədovların ailəsində olmuş və onları əlamətdar gün münasibəti ilə təbrik etmişdir. Zaqatala UADM rayon H. Əliyev Mərkəzində uzunömürlü ailənin və icma üzvlərinin iştirakı ilə “Örnək olacaq ömür” adlı tədbir təşkil etmişdir.

         Tədbirlərdə çıxış edən uzunömürlü ailələrin nümayəndələri və digər qonaqlar keçdikləri maraqlı həyat yolundan danışmış, gənclərə maraqlı məsləhətlər vermişdilər. Uzunömürlü ailənin sirrinin qarşılıqlı hörmətdə, sevgidə, anlayışda olduğunu, birlikdə hər çətinliyin öhdəsindən gəlməyin mümkün olduğunu qeyd etmişdirlər.