Ümummilli Lider-Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri(UADM) anım tədbirləri keçirmişdirlər

13 may 2018

Paylaş:

Mayın 10-da Ağdam UADM rayonunun  Birinci 4 Yol qəsəbəsində 118  saylı köçkün tam orta məktəbində, Zərdab UADM Zərdab rayon peşə məktəbində, İsmayıllı və Şüvəlan UADM Mərkəzdə, Sabirabad UADM N.Gəncəvi adına 5 saylı və M.Ə.Sabir adına 1 saylı tam orta məktəblərdə, Saatlı UADM Nərimankənd kənd orta məktəbində, Göygöl  UADM Göygöl rayon Heydər Əliyev adına parkda,  “Heydər Əliyev və Müstəqil Azərbaycan” adlı tədbirlər  keçirmişdir. Tədbirlərdə ümummilli liderin həyat və fəaliyyəti barədə sənədli film nümayiş olunmuş, uşaqların ifasında ulu öndərə həsr olunmuş kompazisiyalar nümayiş olunmuşdur.

Qəbələ UADM mayın 11-də Qəbələ Qaçqın şəhərciyi 31 nömrəli, Kəlbəcər rayon tam orta məktəbi və Şuşa rayon 24 nömrəli ümumi orta məktəbində Ulu Öndərin xatirəsinə həsr olunmuş “Xəmsə” milli intellektual bilik yarışması keçiriblər. Qaliblər Mərkəz tərəfindən hazırlanmış Fəxri Fərmanlarla təltif olunublar.  

Tədbirdə çıxış edənlər qeyd etmişdirlər ki, Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.