Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Öz hüquqlarını bil”-Məişət zorakılığının aradan qaldırılması məqsədilə preventiv yığıncaq keçirildi

11 may 2018

Paylaş:

   Mayın 2-də  Ağdam Uşaq və Ailələrə Dəstək Məqkəzi tərəfindən Ağdam rayonunun  Quzanlı qəsəbəsində  “Öz hüquqlarını bil” Məişət zorakılığının aradan qaldırılması məqsədilə preventiv yığıncaq keçirildi.

Mərkəzin direktoru Y.Qəhrəmanova tərəfindən  Erkən nikahlara məcbur edilən qızların hüquqlarının pozulması haqqında, gələcəkdə həmin erkən yaşda ailə qurmuş qadının sağlamlığında yaranacaq problemlər haqqında, təhsilini davam etdirməkdə qarşısında olacaq əngəllər haqqında və bunun da sonda məişət zorakılığı ilə nəticələnəcəyi barədə məlumat verdi.

Yığıncaq iştirakçıları olan gənc kurs dinləyiciləri ailə problemlərinin yaranmasında məişət zorakılığının  təsirləri haqqında mühazirə dinlədilər. Mərkəzin işçiləri tərəfindən onların suallarına ətraflı cavab verildi.

Yığıncağın sonunda iştirakçılara Məişət zorakılığı haqqında hazırlanmış buklet paylanıldı.