“Xatırlayıram və fəxr edirəm”adlı maarifləndirici tədbir

11 may 2018

Paylaş:

                                           

Mayın 7-də Ailə, Qadın və Uşaq  Problemləri  üzrə  Dövlət Komitəsinin  nəzdində  fəaliyyət  göstərən Göygöl  Uşaq və Ailələrə Dəstək Mərkəzi Göygöl rayon Qələbə parkında Göygöl veteranlarının nəvə və nəticələri ilə birlikdə 9 May Faşizm üzərində qələbə münasibətilə “Xatırlayıram və fəxr edirəm”adlı maarifləndirici tədbir keçirmişdir.

Tədbirdə veterenların yaxınları ilə bərabər Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Göygöl rayon İcra Hakimiyyətinin,Göygöl rayon 4saylı tam orta məktəbinin əməkdaşları və uşaqlar iştirak etmişdir.

Tədbirin açılışını UADM-in direktoru açıq elan etdikdən sonra Azərbaycan oğullarının İkinci Dünya müharibəsində göstərdiyi rəşadət, Azərbaycan xalqının müharibənin gedişatında önəmli dəstək olması haqqında, Bakı neftinin qələbəyə gedən yolun əsas mayakı olması barədə iştirakçılara geniş məlumat verildi. Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına laiq görülmüş igidlərimizin portretləri nümayiş edilərək, əziz xatirələri yad edildi.  Uşaqlar qələbə günü münasibətilə çəkdikləri rəsmləri nümayiş etdirdilər. Məktəblilər hazırladıqları şer kompazisiyalarını  tədbir iştirakçılarına təqdim etdilər.

Sonda Göygöl rayon Qələbə parkında İkinci Dünya Müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış abidə önünə çiçəklər qoyularaq tədbir yekunlaşdırıldı.