Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Çin Xalq Respublikasına səfər edəcək

10 may 2018

Paylaş:

15-17 may tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “Qadın qüvvələrinin birləşdirilməsi, birgə inkişafın stimullaşdırılması” mövzusunda Şanxay Əməkdaşlıq Təşkilatının 1-ci Qadın Forumu keçiriləcəkdir.

 

Forumda Azərbaycan Respublikasını nümayəndə heyətinin rəhbəri kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edəcək. Tədbirdə Komitə sədrinin “Azərbaycan Respublikasında qadın siyasətinin əsas istiqamətləri” mövzusunda çıxışı nəzərdə tutulur.