“Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı Müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçiriləcək

4 may 2018

Paylaş:

7 may 2018-ci il tarixində saat 15:00-da Byenəlxalq Muğam Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin YAP Qadınlar Şurası və Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu ilə birgə təşkil etdiyi Ulu Öndər Heydər Əliyevin 95 illik Yubileyinə həsr olunmuş “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı Müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçiriləcək.

 

Tədbirdə müsabiqə qalibləri diplom və hədiyyələrlə mükafatlandırılacaq.

 

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın, Milli Məclis sədrinin müavini, millət vəkili Bahar Muradovanın, Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevanın, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirovun, BDU-nun Jurnalistika fakültəsinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədlinin, Azərbaycan Respulikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun çıxışları nəzərdə tutulur.

 

Tdəbirdə Ulu Öndər Heydər Əliyev haqqında film nümayiş olunacaq. Daha sonra tədbir bədii hissə ilə davam edəcək.