“Narkomaniya XXI əsrin bəlasıdır” mövzusunda orta məktəblərdə təbliğat keçirilir

1 may 2018

Paylaş:

     Aprelin 27-də Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən İmamqulubəyli qəsəbəsində yerləşən  135 və 92 saylı köçkün tam orta məktəbinin 60 nəfər şagird və müəllim kollektivi ilə  “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.4.32 bəndinə əsasən şəhər və rayonlarda gənclərin asudə vaxtının təşkili məsələlərinə diqqətin artırılması məqsədilə  “Narkomaniya  XXI əsrin bəlasıdır”-adlı mühazirə  keçirilmişdir.

     Mərkəzin Direktoru və sosial iş üzrə mütəxəssisləri tərəfindən  narkotik maddələrdən istifadənin insan sağlamlığına  və  iqtisadi durumuna  ziyanları haqqında mühazirə oxundu.

    İştirakçılar  fəallıq göstərərək  mövzu ətrafında aparılan müzakirələrdə aktiv  iştirak etdilər.

     Tədbirin sonunda  iştirakçılara  mərkəz tərəfindən hazırlanmış “Narkotik maddələr və onun insan sağlamlığına  zərərləri”, “Narkomaniyaya yox deyək” adlı buklet və  məlumat vərəqələri paylandı.