“Sağlam insan, sağlam vətəndaş” mövzusundakı maarifləndirmə tədbiri

1 may 2018

Paylaş:

      İsmayılı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, Rayon Polis şöbəsi və Dini İşlər üzrə Respublika Komitəsi Şamaxı bölməsinin İsmayıllı nümayəndəliyi  şəhər 7 saylı tam orta məktəbdə 23 aprel tarixində “Sağlam insan, sağlam vətəndaş” mövzusundakı maarifləndirmə tədbiri keçirmişlər.

   Sağlam həyat tərzi sağlam can, sağlam can isə sağlam ruh, mükəmməl insan, kamil vətəndaş deməkdir. Müharibə gedən ölkəyə isə kamil vətəndaş daha çox lazımdır. “Şəhadət”  filminin nümayişi ilə başlayan tədbir tam bu ruhda davam etdi. Hüquq və vəzifələrimiz, Vətən sevgisi, dini ekstremizm barədəki söhbətlər diskussiya şəklində keçdi.