“Ailədaxili münasibətlərin uşaq psixologiyasına təsiri” adlı maarifləndirici tədbir

1 may 2018

Paylaş:

Aprelin 24-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə  Həsən bəy Zərdabi adına ev muzeyində “Ailədaxili  münasibətlərin uşaq psixologiyasına təsiri” adlı  maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları ailədaxili  münasibətlərin uşaq psixologiyasına, onun inkişafına təsirləri və problemlərdən çıxış yolları barədə məlumat vermişdirlər.