İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi akademik Zərifə Əliyevanın 95 illik yubileyi münasibətilə Tircan kəndində tədbir keçirmişdir

1 may 2018

Paylaş:

   Görkəmli oftolmoloq alim, akademik, gözəl ana, müdrik insan Zərifə xanım Əliyevanın  95 illik yubileyi geniş qeyd olunur.

  Aprelin 25-də İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin Rayon İcra Hakimiyyəti ilə birlikdə Tircan  kəndində keçirdiyi tədbir də bu böyük insana həsr olunmuşdu.Tədbir yubilyara həsr olunmuş filmin nümayişi ilə başlandı.

   Sonra Zərifə xanım Əliyevanın tələbəsi olmuş həkim Səadət Paşayevanın müəllimi barədəki kövrək xatirələri, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyevanın ana Zərifə Əliyeva barədəki söhbəti, Tircan məktəbinin müəllimi Qönçə Ağazadənin “Örnək qadın Zərifə Əliyeva”  mövzusundakı çıxışı maraqla dinlənildi.

  Məktəblilər  Z. Əliyevaya həsr olunmuş şeirlər söylədilər.