“Seçim sənindir” adlı maarifləndirici tədbir

30 aprel 2018

Paylaş:

20 aprel  tarixində Ailə, Qadın və Uşaq  Problemləri  üzrə  Dövlət Komitəsinin  nəzdində  fəaliyyət  göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi Göygöl rayon Üçtəpə kənd tam orta məktəbində yuxarı sinif şagirdləri arasında Norkamaniyayla  mübarizə ilə baglı “Seçim sənindir” adlı maarifləndirici tədbir keçirmişdir.

Tədbirdə iştirakçılara narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması üçün hazırlanmış Dövlət Proqramları, hüquqi normalar çərçivəsində qanunla tənzimlənməsi, o cümlədən, narkomanlığın yayılması, fəsadları, onunla mübarizə tədbirləri haqqında geniş məlumat verildi. Ölkədaxili və dünya üzrə narkomaniya ilə bağlı statistik məlumatlar, narkomaniyanın insan sağlamlığına, cəmiyyətin sosial-iqtisadi inkişafına vurduğu zərbələr haqqında hazırlanmış video-çarxlar auditoriyaya təqdim edildi. Seçim qarşısında qaldıqda zərərli vərdişlərdən uzaq durub, sağlam həyat tərzinə üstünlük verilməsi ilə bağlı müzkirələr aparıldı.