“Erkən nikah hallarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir

30 aprel 2018

Paylaş:

Aprelin 20-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 4 saylı orta məktəbdə “Erkən nikah hallarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə 4 saylı məktəbin müəllim və şagird kollektivi iştirak etdilər. Tədbirdə çıxış edənlər erkən nikah və qızların təhsildən yayınması mövzusundan danışaraq bildirdilər ki, təhsil və maariflənmə bütün azadlıqlardan üstündür! Çünki azad olmaq istəyirsənsə təhsil almalısan və maariflənməlisən. Qadın azadlıqlarını məhdudlaşdıran və zorakılığa yol açan ən böyük bəlalardan biri də erkən nikah və qeyri-rəsmi evliliklərdir. Çıxışlardan sonra erkən nikah mövzusunda video çarx izləndi. Bu istiqamətdə  tədbirlərin  keçirilməsinin vacibliyini vurğulayan 4 saylı orta məktəbin psixoloqu erkən nikahın səbəbləri, nəticələri və bu problemlərlə bağlı digər bir sıra məsələlərdən danışaraq, gələcək ailələrin sağlam təməllər üzərində qurulmasında gənclərin böyük  rolunun  olduğunu da bildirdi. Tədbirin sonunda mövzu ilə bağlı məlumatlandırıcı çap matrealları paylandı.