“Erkən Nikaha Yox Deyək”

18 aprel 2018

Paylaş:

Aprelin 10-da Hacıqabul  rayon 5 saylı orta məktəbində “Erkən Nikaha Yox Deyək” mövzusunda tədbir keçirildi. Tədbirdə Hacıqabul  Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanlar İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın, 5 saylı orta  məktəbin, Rayon Polis şöbəsinin Azyaşlılarla iş üzrə komissiyasının, İdman və Turizim idarəsinin nümayəndələri və əlli nəfər şagird iştirak edirdi.

Tədbirdə çıxış edənlər, erkən nikahın insan sağlamlığına və psixologiyasına vurduğu zərərdən danışmış, 18 yaşdan aşağı uşaqların erkən nikaha məcbur edildiyi hallarda Cinayət Məcəlləsində nəzərdə tutulmuş cərimələr barədə məlumat vermişlər. Tədbirdə, həmçinin, şagirdləri maraqlandıran suallar cavablandırıldı və onlara mövzuya aid broşurlar təqdim edildi.