“Mülki Müdafiə“ mövzusunda maarifləndirici təlim

18 aprel 2018

Paylaş:

Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Rayon İcra Hakimiyyətinin, Zərdab Rayon Hərbi Komissarlığı və  Rayon Təhsil şöbəsinin birgə  təşkilatçılığı ilə Zərdab rayon Gəlmə kənd orta məktəbində “Mülki Müdafiə“ mövzusunda maarifləndirici təlim keçirildi. Təlimdə giriş sözü Zərdab rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Ramo Hacıyev açdıqdan sonra  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndəsi çıxış edərək, bildirdi ki, gənclərimizin hərbi vətənpərvərlik hisslərinin daha da güclənməsində böyük  əhəmiyyət kəsb edir.  Mülki Müdafiə   təlimi  fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunması, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəlmişdir deye qeyd etdi.