“Reproduktiv sağlamlıq və erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi və erkən nikahların fəsadları barədə məlumatlandırma” mövzusunda tədbir Bakı Xoreoqrafiya Akademiyası nəzdində Kollecdə keçiriləcəkdir

17 aprel 2018

Paylaş:

            Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.

Bu istiqamətdə keçirilən layihələrin davamı olaraq, Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə Təhsil nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ana və uşaqların sağlamlığının yaxşılaşdırılması sahəsində gənc qızların maarifləndirilməsi məqsədi ilə növbəti tədbirin 18 aprel 2018-ci il tarixində saat 11:00-da Bakı Xoreoqrafiya Akademiyası nəzdində Kollecdə Komitə əməkdaşlarının və  ekspert qismində Səhiyyə Nazirliyinin nümayəndələrinin  iştirakı ilə keçirilməsi  nəzərdə tutulur.

Layihə çərçivəsində keçiriləcək tədbirdə gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkogolizm, siqaret), QİCS-ə qarşı mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin  profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində əhalinin maarifləndirilməsi, gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi və erkən nikahların fəsadları barədə məlumatlandırma mövzuları ətrafında müzakirələr aparılacaqdır.