Aprel döyüşlərində həlak olanların xatirəsi anıldı

13 aprel 2018

Paylaş:

Aprelin 9-da Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi Ağdam rayonu Əhmədağalı kəndində Aprel müharibəsində həlak olanların xatirəsinə yaradılmış  abidə  önündə məktəblilərlə 2016-cı il Aprel döyüşlərində həlak olan həmvətənlərimizin anımı keçirildi və şəhidlərin xatirəsi sükutla yad edilərək, abidə önünə çiçəklər qoyuldu. Məktəblilər Aprel şəhidlərinin xatirəsinə şer söylədilər. Mərkəzin əməkdaşları 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hərbi münaqişənin Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər olması barədə məlumatı uşaqlara çatdırdılar.

    Tədbir Əhmədağalı kəndində Aprel müharibəsi zamanı düşmənlər tərəfindən atılan mərmi nəticəsində həlak olmuş mülki kənd sakininin və müharibə zamanı güllə yarası almış məktəblinin ailəsində görüşlə davam etdirildi.

    Mərkəzin işçiləri kənd Bələdiyyə sədri ilə birgə Aprel müharibəsi zamani atılan mərmilər nəticəsində yaşayış evləri dağıdılmış ailələrdə olaraq, Azərbaycan Respublikası Prezidenti tərəfindən müharıbə zamanı ziyan çəkmiş evlərin bərpasına ayırdığı maliyyə vəsaiti ilə təmir edilmiş bir neçə yaşayış evinə baş çəkildi, imkansız ailələrə ərzaq yardımı edildi.