Aprel döyüşlərinə həsr olunmuş tədbir

9 aprel 2018

Paylaş:

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi Aprel döyüşlərinə  həsr olunmuş tədbir  təşkil etdi. Aprel Şəhidləri anaları, Zaqatala rayon Ağsaqqallar şurasının sədri, Həmkarlar  təşkilatının sədri, Polis şöbəsinin əməkdaşları və könüllülərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Mərkəzin direktoru Cövhərət İbrahimova  açmışdır. Tədbirdə çıxış edənlər Aprel döyüşlərindən və orada baş verən hadisələrdən, qəhrəmanlıq salnaməsindən və canlarından keçmiş şəhidlərdən ətraflı danışmış və şəhidlərə həsr olunmuş film nümayiş olunmuşdur.