“Ətraf mühiti qoruyaq”

10 aprel 2018

Paylaş:

Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi aprelin 5-də  “Ətraf mühiti qoruyaq” adlı tədbir keçirmişdir. Tədbirdə Mərkəzdən bəhrələnən uşaqlar iştirak etmişdir. Tədbirin mövzusu: Ətraf mühiti çirklənmədən necə qoruya bilərik və bir uşaq olaraq, bizim vəzifəmiz nədən ibarətdir? Uşaqlara izah olunmuşdur ki, bir azyaşlı olaraq öz növbəmizdə elektrik enejisinə və suya qənaət edərək, tullantıları ətrafa deyil, zibil qutularına atmaqla biz də ətraf mühitin qayğısına qalmış olarıq. Sonra uşaqlar parkda təmizlik işçilərinə kömək edərək, parkda olan tullantıları toplamış, ağaclara su vermiş və budama işlərində köməkçi olmuşlar.