Qəbələ Rayon İcra Hakimiyyəti və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələ rayon Bum qəsəbəsində Aprel döyüşlərinin ildönümü münasibətilə “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilmişdir

10 aprel 2018

Paylaş:

Aprelin 4-də Qəbələ Rayon Icra Hakimiyyəti və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin ildönümü münasibətilə Qəbələ rayon Bum qəsəbə 1 sayılı tam orta məktəbində tədbir keçirilmişdir. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və kənd camaatı iştirak etmişdir. Tədbir Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş  Bum qəsəbə sakini, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilmiş, Azərbaycan Silahlı Qüvvələrinin zabiti (leytenant) Şirinov Sahil Həsrət oğlunun məzarının ziyarəti ilə  başlamış və 1 sayılı tam orta məktəbdə davam etdirilmişdir.