Aprel döyüşlərinin növbəti ildönümü ilə əlaqədar anım tədbiri

5 aprel 2018

Paylaş:

 

         Aprel döyüşlərinin növbəti ildönümü ilə əlaqədar  Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi anım tədbiri keçirmişdir. Aprelin 3-də Əhmədbəyli kənd orta məktəbində baş tutan tədbirdən öncə Saatlı rayonundan olan şəhidlərin qəbri ziyarət olundu. Tədbirdə məktəbin müəllim, şagird heyəti və Aprel döyüşlərinin canlı şahidi iştirak etmişdir.

İştirakçılara Aprel döyüşləri barədə məlumat verilərək, döyüşdə həyatlarını itirən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Müharibədə həyatını itirən pilot Urfan Vəlizadəyə həsr olunan film nümayiş olunmuşdur. Tədbirdə Aprel döyüşlərinin iştirakçısı ordumuzun necə inamla, şücaətlə vuruşduğu barədə danışmışdır. Sonda məktəblilər hazırladıqları kompazisiyaları təqdim etdilər.