Martın 30-da Qəbələ şəhər 4 saylı tam orta məktəbində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “31mart Azərbaycanlıların soyqırımı günü!” adlı tədbir keçirilmişdir

2 aprel 2018

Paylaş:

Tədbirdə Mart soyqırımı haqqında iştirakçılara geniş məlumat verildi. Mahiyyətcə milli soyqırım olan mart hadisələrinin Bakı Soveti və Daşnaksütündan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri düşünülmüş bir qətliam olduğundan danışıldı. Rəsmi mənbələrə əsaslanaraq qeyd olundu ki, soyqırımda  12 min azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.