Ağdam 118 saylı köçkün orta məktəbində 31 Mart Azərbaycanlıların Soyqırım gününün anım yığıncağı keçirildi

2 aprel 2018

Paylaş:

 

    Martın 30-da Birinci 4 Yol qəsəbə 118 saylı köçkün tam orta məktəbin şagirdləri ilə “31 Mart-Azərbaycanlıların Soyqırım Günü”nün anım yığıncağı  keçirildi.

Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilməsi, bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşməsi haqqında mərkəzin sosial iş üzrə mütəxəssisi şagirdləri məlumatlandırdı.

Məktəbin tarix müəllimi Vaqif Məmmədova söz verildi və o dedi: “Tarix heç zaman unudulmur. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibiolmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.”

Mərkəz tərəfindən 31 mart  Azərbaycanlıların Soyqırım faktları haqqında iştirakçılara məlumat vərəqləri paylandı.