16 mart 2018-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində Novruz bayramı münasibətilə “Bahardan müjdə gətir” adlı tədbir keçirilmişdir.

30 mart 2018

Paylaş:

 Tədbir iki hissədən ibarət təşkil edilmişdir. Birinci hissədə Göygöl UADM-nin direktoru R.Ablayeva qonaqları salamlamış və tədbiri açıq elan etmişdir. Tədbirdə çıxış edən Göygöl rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə İbrahimova öz təbriklərini tədbir iştirakçılarına bildirmişdi.

İkinci hissədə tədbirin bədii proqramı keçirildi.Bədii hissədə Mərkəzdən bəhrələnən uşaqların musiqili-əyləncəli çıxışı təqdim edildi. Kosa və Keçəl  bayrama təşrif buyuraraq tədbirə xüsusi rəng qatdilar. Milli geyimli qızlar Lalələr rəqsini təqdim etdilər və Novruz haxıştaları söylədilər. Hazırlanmış bayram fləşmobunun nümayişi bayrama birlik, həmrəylik ruhu qatdı. Sonda bütün qonaqlar bayram xonçasının ətrafına dəvət olundular.