“Yurdumuza bahar gəlir”

28 mart 2018

Paylaş:

Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi Novruz Bayramı münasibəti ilə martın 16-da bayram tədbiri təşkil etmişdir. Tədbirdə icmadan olan uşaqlar iştirak etmişdir. Tədbirdə Bahar bayramının yaranmasından,  yazın gəlişi ilə təbiətin, torpağın  oyanışından  canlı-cansız  nə varsa hamısında baş verən dəyişiklikdən danışılıb, baharın bolluq, ruzi-bərəkət gətirdiyini bildirilmişdi. Uşaqlar bayrama aid şerlər, mahnılar söyləmiş, milli rəqslər ifa etmişlər.