“ Novruz gəlir, yaz gəlir ”

28 mart 2018

Paylaş:

Martın 15-də  Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində  Novruz şənliyi  keçirildi. Bayram şənliyində aztəminatlı, çoxuşaqlı ailələrin uşaqları və sağlamlıq imkanları məhdud uşaqlar iştirak etmişdir. Mərkəzin direktoru bütün tədbir iştirakçılarını Novruz  bayramı münasibətilə  təbrik etdi. Tədbirin aparıcısı Bahar qız  idi. Kosanın gəlişi uşaqların sevincinə səbəb oldu. Uşaqlar bayram şirniyyatları süfrəsi  arxasında  əyləşdilər, rəqs etdilər , şeir və mahnılar söylədilər. ”Turpun nağılı” adlı səhnəcik uşaqlar tərəfindən tədbir iştirakçılarına  nümayiş olundu. Novruz şənliyi  tədbir iştirakçılarının “Yallı” rəqsi ilə başa çatdı. Bayram münasibəti ilə səkkiz aztəminatlı ailəyə Bayram sovqatı təqdim edildi.