İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi İsmayıllı Rayon Təhsil şöbəsi ilə birlikdə “Sənin hüquq və vəzifələrin” adlı maarifləndirmə tədbiri təşkil etmişdir

27 mart 2018

Paylaş:

Martın 16-da  İsmayıllı rayon təhsil şöbəsinin iclas zalında şəhər və kənd məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilmişdir. Rayon Təhsil şöbəsinin metodistləri uşaq hüquqlarının tarixindən danışmış, hüquqlar barədə ətraflı məlumat vermişlər. İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva ailə-nikah hüququ üzərində xüsusi dayanaraq bu günkü şagirdlərin sabahkı ailənin fərdləri olduğunu, ona görə də hər bir şəxs özünü yaxşı bir mütəxəssis kimi yetişdirməklə bərabər nümunəvi bir vətəndaş kimi – güclü kişi, güclü qadın kimi yetişdirməlidir. Əgər belə olarsa qurulan ailələr güclü, nümunəvi  olar və ailələr toplumu olan dövlətimiz də daha qüdrətli, daha qüvvətli olar. Bu mövzudakı çıxış  uşaqlar tərəfindən çox maraqla qarşılandı və geniş müzakirələrə səbəb oldu. Erkən nikahın uşaq hüquqlarına zidd olması üzərində də xüsusi dayanıldı. Yaxşı haldır ki, uşaqlar özləri bununla bağlı açıqlamalar verdilər və özləri təklif etdilər ki, gəlin erkən nikaha hamılıqla  “yox” deyək.

  Tədbir ümumilikdə diskussiya şəklində keçdi.