Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi Novruz bayramı münasibəti ilə şənlik təşkil etmişdir

19 mart 2018

Paylaş:

Martın 14-də Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində Novruz bayramı münasibəti ilə şənlik keçirildi. Şənlikdə icmada yaşayan aztəminatlı və risk qrupuna aid ailələrdən olan uşaqlar iştirak etmişdir.  Bayram şənliyində uşaqlar bayrama aid şerlər, bayatılar söyləmiş, səməni, bahar rəqsi ifa etmişlər və  uşaqlarının əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur. Milli geyimli uşaqlarla müxtəlif Novruz oyunları keçirildi. Tədbirin sonunda şənlik iştirakçıları üçün bayram süfrəsi təşkil olundu, 20 imkansız və tək ailə başçısı olan ailələrə bayram payı təqdim olundu.