İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin Novruz bayramı münasibətilə şəhər 3 saylı baxçada bayram tədbiri keçirmişdir

19 mart 2018

Paylaş:

Şəhər 3 saylı baxçada keçirilən Novruz şənliyində Mərkəzdən bəhrələnən balacalar və baxçanın balacaları iştirak edirdi. Balacaların söylədiyi şeirlər, oxuduqları mahnılar Keçəllə, çiyni xurcunlu Kosa ilə, Cırtdanla olan rəqsləri  tədbiri elə Baharın özü kimi rəngarəng, maraqlı, yaz ətirli etdi. Keçəllə Kosanın oyunları uşaqları daha çox əyləndirdi. Balacalar Novruz bayramı haqqında olan məlumatları da nağıl dinlər kimi maraqla dinlədilər.

Sonda hamı birlikdə Mərkəzin təqdim etdiyi xonçaların ətrafına toplaşdı, uşaqlar Keçəllə, Kosa ilə yumurta döyüşdürdülər, deyib güldülər.