İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi İsmayıllı şəhər 1 saylı baxçada “Təhlükəsiz həyat” adlı tədbir keçirmişdir

15 mart 2018

Paylaş:

Tədbirdə baxçanın yuxarı qrup uşaqları, Mərkəz xidmətlərindən bəhrələnən uşaqlar, valideynlər iştirak edirdilər. Balacalara təhlükəsiz həyat barədə bilgi vermək məqsədi daşıyan tədbir uşaqların ifasında “Şənglüm, Şünglüm və Mənglüm” tamaşası ilə başladı. Balacalar tamaşaya böyük maraqla baxdılar. Tanımadıqlarına qapı açmağın nə ilə nəticələndiyini gözləri ilə görən balacalar müzakirələrdə maraqla iştirak etdilər. “Tanımadığınız adamın maşınına minərsizmi?”, “tanımadığınız adamdan pay, şirniyyat alarsızmı?”, “valideynlərinizdən icazəsiz harasa gedərsizmi?” kimi suallara uşaqlar çox maraqlı, dolğun cavablar verdilər. Baxçanın müdiri Qalibə Abdullayeva uşaqların maarifləndirilməsiməqsədilə keçirilən belə tədbirlərin əhəmiyyətindən danışaraq, tədbirin təşkilinə görə İsmayıllı UADM-ə kollektiv adından təşəkkür etdi.