Ağdam rayonu 118 saylı köçkün orta məktəbində yuxarı sinif şagirdləri ilə ”Qızlara təhsil- xoşbəxt gələcəyin təminatıdır” mövzusunda söhbət aparılıb

15 mart 2018

Paylaş:

İnsan alverinə qarşı mübarizə aparmaq məqsədilə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən uşaqların, xüsusilə də qızların təhsildən yayınmasının qarşısını almaq, təhsilin davam etmək imkanlarının təmin edilməsi məqsədilə ”Qızlara təhsil- xoşbəxt gələcəyin təminatıdır” mövzusunda qızlarla söhbət  aparılmışdır.

İnsan alverinə qarşı mübarizəyə dair 2014-18-ci illər üçün Milli Fəaliyyət Planının müvafiq bəndlərinin icrası məqsədilə keçirilən tədbirdə Mərkəzin direktoru qızlara təhsil almağın vacibliyini qeyd etmişdir. O bildirmişdir ki, “Təbii ki qadının ən başlıca vəzifəsi uşaqları düzgün tərbiyə edib, düzgün yetişdirməsidir. Qadın bu yolda ən bacarıqlı tərbiyəçidir. Bu baxımdan qadınların elm və biliyə sahib olmaları nə dərəcədə vacib bir amildir, bunu hər kəs dərk etməlidir. Təhsilli, bilikli, bacarığı mükəmməl olan bir qadın dürüst övlad yetişdirməkdə təbii ki, digərindən fərqlənəcək”.