Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə BMT Qadınlar təşkilatının Gürcüstandakı nümayəndəsi xanım Erika Kvapilovanın görüşü keçirilib

2 mart 2018

Paylaş:

Martın 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə BMT Qadınlar nümayəndəsi xanım Erika Kvapilovanın görüşü keçirilib. Görüşün əsas mövzusu “Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin gücləndirilməsi” layihəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi olmuşdur. Görüşdə Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və digər  təşkilatlar ilə birgə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirilir.
   Daha sonra qadın sahibkarlığının inkişafı, qadın resurs mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, ikitərəfli əməkdaşlığın səviyyəsinin artırılması və digər mövzular haqqında müzakirələr  aparılıb.