Xocalı Faciəsinin 26 illiyinə həsr olunmuş rəsm sərgisi

2 mart 2018

Paylaş:

Fevralın 26-da Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi Xocalı Faciəsinin 26 illiyinə həsr olunmuş rəsm sərgisi təşkil etmişdir. Rəsm Qalareyasının binasında baş tutan tədbirdə ilk öncə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər Xocalı faciəsi haqqında danışmış və uşaqların “Xocalım- Qan yaddaşım” adı altında hazırladığı əl işlərindən ibarət rəsm sərisinə baxış keçirilmişdir.