Xocalı faciəsinə həsr olunmuş anım tədbiri

26 fevral 2018

Paylaş:

Fevralın 23-də Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində 1992-ci ilin 26 fevral ayında baş vermiş Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə Xocalı şəhidlərinin ailələri, icmada yaşayan məcburi köçkün ailələri, məktəblilər və mərkəzin xidmətlərindən istifadə edən uşaqlar iştirak edirdilər. Tədbirdə “əsrin faciəsininin” reallıqlarını əks etdirən videoçarx nümayiş olunmuş, Xocalıya həsr olunmuş rəsmlər sərgilənmişdir. Tədbirdə həmçinin uşaqlar Xocalı faciəsinə aid səhnəciklər göstərib, şerlər söylədilər. Tədbirin sonunda Xocalı şəhidlərinin ailələrinə, Xocalıdan məcburi köçkün düşmüş 10 ailəyə ərzaq yardımı  verildi.