Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın YUNİSEF-in uşaq hüquqları üzrə regional məsləhətçisi cənab Aaron Greenberg və YUNİSEF-in sosial siyasət üzrə regional məsləhətçisi xanım Joanna Bosworth ilə görüşü keçiriləc

26 fevral 2018

Paylaş:

YUNİSEF tərəfindən ölkəmizdə həyata keçirilən Azərbaycana dair 2016-2020-ci illər üzrə ölkə Proqramının Azərbaycan Respublikasının Hökuməti və digər tərəfdaşlarla ( uşaq və gənclər təşkilatları, gənclər qrupları və s.) birlikdə aralıq qiymətləndirilməsinin aparılması nəzərdə tutulmuşdur. Bu məqsədlə, 28 fevral 2018-ci il tarixində saat 12:00-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın YUNİSEF-in uşaq hüquqları üzrə regional məsləhətçisi cənab Aaron Greenberg və YUNİSEF-in sosial siyasət üzrə regional məsləhətçisi xanım Joanna Bosworth ilə görüşü baş tutacaq.

Görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, növbəti illərdə həyata keçiriləcək layihələrdə effektivliyin daha da artırılması məsələləri müzakirə ediləcək.