Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Avropa Şurasının Əməkdaşlıq şöbəsinin rəhbəri, Media və İnternet Bölümü DGİ xanım Leyla Dervisagik ilə görüşü keçiriləcək

26 fevral 2018

Paylaş:

Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı ilə birgə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirilib və davam etdirilir. Bu əməkdaşlığın səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə 28 fevral 2018-ci il tarixində saat 16:00-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə Avropa Şurasının Əməkdaşlıq şöbəsinin rəhbəri, Media və İnternet Bölümü DGİ xanım Leyla Dervisagik ilə görüşü baş tutacaq.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Avropa Şurasının Əməkdaşlıq şöbəsinin rəhbəri, Media və İnternet Bölümü DGİ xanım Leyla Dervisagikdan başqa, həmçinin, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri cənab səfir Zoltan Hemyes, layihə rəhbəri Pərvanə Bayramova və başqalarının iştirakı nəzərdə tutulur.

Görüş zamanı ikitərəfli əməkdaşlığın gücləndirilməsi, həyata keçirilən layihələrdə effektivliyin artırılması məqsədi ilə müzakirələr aparılacaq.