“Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın yaranmasında rolu” adlı tədbir

20 fevral 2018

Paylaş:

Fevralın 16-da Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən
Goranboy şəhər Mərkəzi kitabxanada ADR-in 100 illiyinə həsr edilmiş “Ulu
öndər Heydər Əliyevin müstəqil Azərbaycanın yaranmasında rolu” adlı tədbir
keçirildi.
Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyəti və onun tarixi haqda
məlumat verərək, qeyd etmişdirlər ki, Azərbaycan Xalq Cümhuriyyəti məhz
dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda meydana çıxmışdır.
Tədbirdə Ulu öndər H.Əliyevin müstəqil Azərbaycanın yaranmasında rolu
barədə də məruzə edildi. Məruzədə qeyd olundu ki, bu gün Azərbaycanda əldə
olunan nailiyyətlərin bir səbəbi var ki, o da ölkədə Heydər Əliyev yolunun uğurla
davam etdirilməsidir. Dünyanın ən qüdrətli simaları sırasına yüksələn Ulu
öndərimiz ən mürəkkəb və ən ağır, hətta ən çıxılmaz vəziyyətdə belə ən yaxşı
çıxış yolu tapmaq bacarığına malik fenomenal şəxsiyyət kimi hər birimizin
qəlbində yaşayır.