“Narkomaniya və zərərli vərdişlərə Yox deyək!” adlı maarifləndirmə tədbiri

20 fevral 2018

Paylaş:

Fevralın 16-da Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi rayon Peşə Məktəbində “Narkomaniya və zərərli vərdişlərə Yox deyək!” adlı maarifləndirmə tədbiri keçirmişdir. Tələbələrin iştirakı ilə keçirilən tədbirdə narkomaniya, onun fəsadları və digər zərərli vərdişlərdən söhbət açılmış, mövzuya dair video çarx və qısa film nümayiş olunmuşdur. İnteraktiv şəkildə davam edən tədbirdə iştirakçıların fikirləri dinlənilmiş, onlara maarifləndirici materialları təqdim edilmişdir.