“Zərərli vərdişlərə Yox deyək” adlı maarifləndirici tədbir

15 fevral 2018

Paylaş:

Fevralın 14-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Zərdab şəhər Gənclər Mərkəzində “Zərərli vərdişlərə Yox deyək” adlı  maarifləndirici tədbir keçirildi.

Tədbirdə çıxış  edən Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Zərdab Gənclər Mərkəzinin əməkdaşları və həkim məktəblilərə mövzu haqqında danışaraq, zərərli vərdişlərin insanın fiziki sağlamlığına və psixologiyasına vurduğu zərərlər, ailədaxili münasibətlərdə yaratdığı problemlər barədə məlumat vermiş, onları yaxşı vərdişlər qazanmağa və öz sağlamlıqlarının qeydinə qalmağa səsləmişlər.  

Tədbirdə mövzu ilə bağlı müzakirələr  təşkil  olunmuş, iştirakçılara maarifləndirici bukletlər paylanılmışdır.