“Reproduktiv sağlamlıq və ailə planlaması” mövzusunda maarifləndirici tədbir keçirildi

15 fevral 2018

Paylaş:

Yanvarın 13-də Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi Saatlı rayon Dədə Qorqud kənd tam orta məktəbində “Reproduktiv sağlamlıq və ailə planlaması” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirdə yuxarı sinif şagirdləri iştirak edib. Tədbirdə çıxış edən həkim və sosial işçi reproduktiv sağlamlıq, nikahdan əvvəl tibbi müayinə, şəxsi gigiyena və ailə planlamasının vacibliyi barədə məlumat verib. İştirakçılara mövzu ilə bağlı buklet və maarifləndirmə xarakterli vərəqələr paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.