QADIN SİYASƏTİ
Qadınların V Forumu
Azərbaycan qadın qurultayları
Aparılan maarifləndirmə işləri (2008-ci ildən bəri)
BMT ilə birgə həyata keçirilən layihələr
Səmərəli ünsiyyət-bələdiyyələrdə təmsil olunan qadınlar üçün metodiki vəsait
GİZ "Səmərəli ünsiyyət" təlimi
Qadın problemləri və gender məsələləri şöbəsinin fəaliyyəti haqqında məlumat
Qadın problemləri və gender məsələləri şöbəsi qadın siyasətini həyata keçirən orqanın struktur hissəsi olaraq qadın hüquqlarının və gender bərabərliyinin tam surətdə təmin edilməsi, qadınların hüquqlarının pozulmasının qarşısının alınması, erkən nikah və məişət zorakılığı hallarının azaldılması, narkotiklərlə mübarizə, qadın alverinin qarşısının alınması, qadınların qərarqəbuletmədə iştirakçılığının gücləndiriliməsi, qadınların Respublikanın ictimai-siyasi və sosial həyatda yaxından iştirakını təmin etmək, qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılması, qadın sahibkarlığının inkişafı və bu sahədə nailiyyətlərin əldə olunması istiqamətində çalışır.
Missiya
Qadın problemləri və gender məsələləri şöbəsinin fəaliyyəti və vəzifələri aşağıdakılardır:
- Dövlət qadın siyasətini həyata keçirmək
- Qadın problemləri və gender məsələlərinin vəziyyətinə dair illik ölkə hesabatını hazırlamaq və Nazirlər Kabinetinə təqdim etmək
- BMT-nin «Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında» (CEDAW ) konvensiyasında nəzərdə tutulmuş öhdəliklərin həyata keçirilməsinə dair hər 4 illik hesabatı hazırlamaq və təqdim etmək
- Qadınların hüquqlarının pozulmasına dair şikayətləri qəbul etmək, baxmaq və həlli istiqamətində tədbirlər görmək
- Qadın problemləri və gender məsələləri sahəsində beynəlxalq təşkilatlar və qeyri hökumət təşkilatları ilə birgə əməkdaşlıq həyata keçirmək.
- Qadın hüquqları və gender bərabərliyi sahəsində mütəmadi olaraq ictimaiyyəti maarifləndirmə tədbirləri təşkil etmək
- Qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırırlması, qadınlar arasında sahibkarlığın və özünəməşğulluğun inkişaf etdirilməsi, qadınların yenidən ixtisaslaşdırılmasına yönəldilmiş kursları təşkil etmək
- Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edən, aktiv fəaliyyəti ilə fərqlənən qadınların anım günlərinin qeyd edilməsi
- Qadın hüquqlarına dair qanunvericilik aktlarının, dövlət proqramlarının və digər layihələrin hazırlanmasında iştirak etmək
Əsas hədəf və məqsədlər
Qadın problemləri və gender məsələləri şöbəsi qarşıdakı 5 il ərzində aşağıdakı hədəfləri əsas götürür.
- Gender bərabərliyinin təmin edilməsinə Dövlət Nəzarəti Qaydasının hazırlanması
- Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının hazırlanması
- Məişət zorakılığının qarşısının alınması üzrə Milli Strategiya
- Uşaq evlərini tərk edən gənc qızların mənzil, iş problemlərinin həllli istiqamətində Dövlət Proqramının hazırlanması
- Məişət zorakılığına məruz qalmış qadınlar üçün reabilitasiya mərkəzlərinin (sığınacaqların) yaradılması
- Azərbaycan qadınları haqqında Məlumat Bankının yaradılması
- Qadınların əmək bazaında rəqabət qabiliyyətlərinin artırılması, qadın sahibkarlığını inkişafına dəstək və həvəsləndirmə
Maraqlı tərəflər
- Qadın Problemləri və gender məsələləri şöbəsi aidiyyəti dövlət orqanları- Təhsil, Səhiyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, İqtisadiyyat və sənaye, Xarici İşlər, Ədliyyə Nazirlikləri, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Statistika Komitəsi, yerli icra hakimiyyətləri, yerli özünü idarəetmə orqanları bələdiyyələr və s. orqanlarla birgə tədbirlər həyata keçirir.
- Qadın Problemləri və gender məsələləri şöbəsi BMT-nin İnkişaf Fondu (UNDP), BMT-nin Əhali Fondu UNFPA, BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı UNCHR, Beynəlxalq Əmək Təşkilatı (BƏT), ATƏT-Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı ilə birgə layihələr həyata keçirir.
- Qadın Problemləri və gender məsələləri şöbəsi qadın hüquqları, gender bərabərliyi ilə bağlı QHT Alyansına daxil olan qeyri-hökümət təşkilatları ilə birgə tədbirlər həyata keçirir.
Qadın problemləri və gender məsələləri şöbəsinin fəaliyyətinə birbaşa nəzarət yuxarı tabeçilik əsasında Komitənin Aparatının rəhbəri və Sədr müavini tərəfindən həyata keçirilir.
Qadın problemləri və gender məsələləri şöbəsi illik tədbirlər planında nəzərdə tutulan və rəhbərlik tərəfindən verilən bütün tapşırıqların vaxtında və yüksək səviyyədə icra edilməsi istiqamətində səy göstərir. Şöbə əməkdaşları hər bir vətəndaşın müraciətinə baxarkən qərəzsizlik nümayiş etirir. Şöbə əməkdaşları peşəkarlıq səviyyəsinin artırılması məqsədilə mütəmadi ixtisasartırma kurslarında, beynəlxalq treninqlərdə iştirak edir.