Sədaqət Qəhrəmanova
SƏDR MÜAVİNİ
Sədaqət Məmmədyar qızı Qəhrəmanova
1949-cu il martın 1-də Şəmkir rayonunda anadan olub.
1968-1971-ci illərdə Bakı Axşam Neft Texnikumunda iqtisadiyyat,
1973-1977-ci illərdə Bakı Ali Partiya Məktəbində politologiya ixtisasları üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 1966-cı ildə Əli-Bayramlı şəhər 1 saylı məktəbdə başlayıb, 1967-1970-ci illərdə Əli-Bayramlı şəhər Partiya Komitəsində texniki katibə vəzifəsində çalışıb.
1970-1973-cü illərdə Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsində Ümumi şöbənin müdiri, 1973-cü ildən Əli-Bayramlı şəhər Partiya Komitəsinin Sənaye şöbəsində təlimatçı vəzifəsində çalışıb.
1978-ci ildən Şəhər Qarışıq Mallar Ticarət İdarəsində rəis vəzifəsinə təyin edilib, həmin ildən də Əli-Bayramlı Partiya Komitəsinin İdeoloji məsələlər üzrə katibi seçilib.
1983-cü ildə Əli-Bayramlı şəhər Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsinə, 1991-ci ildə isə Əli-Bayramlı şəhər Statistika İdarəsinin rəisi vəzifəsinə təyin edilib, altı ay bu vəzifədə çalışdıqdan sonra həmin ilin sonundan 1995-ci ilədək Əli-Bayramlı şəhər Xalq Deputatları Sovetinin sədri olub.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1995-ci ildə Əli-Bayramlı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib və 2005-ci ilədək bu vəzifədə çalışıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini təyin edilib.
2007-ci ildən “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür.
2009-cu ildən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvüdür.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Partiyanın VII qurultayında (5 mart 2021-ci il) YAP Veteranlar Şurasının sədr müavini seçilib.
Ailəlidir, dörd övladı var.
Təltiflər:
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2017-ci ildə “Əməkdar dövlət qulluqçusu” fəxri adı alıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu ildə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.