Regionlarda qəbul
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən onlayn formatda vətəndaşların regional qəbulu keçirildi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva 18 sentyabr 2020-ci il tarixində onlayn formatda vətəndaşların qəbulunu keçirib.
Onlayn qəbulda Saatlı, Sabirabad, Hacıqabul rayonundan olan sakinlər iştirak etmişdir.
Qəbulda məişət zorakılığı, sağlamlıq imkanları məhdud uşaqların müayinəsi və müalicəsi, aliment problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı müraciətlərə baxılmışdır.
Qəbulda vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülməsi istiqamətində tapşırıqlar verilib. Eyni zamanda, mövcud problemlərin həlli ilə bağlı digər məsələlər müvafiq strukturlara yönləndirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Naftalanda vətəndaşları qəbul etdi
Komitənin sədr müavini Aynur Sofiyeva Naftalanda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva 2020-ci il 27 yanvar tarixində Naftalan şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.
Qəbulda Naftalan, Mingəçevir, Yevlax, Goranboy, Xocalı rayonundan olan sakinlərin ərizə, təklif və müraciətlərinə baxılıb. Görüş çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, aliment, uşaqlarla ünsiyyət və boşanmalardan yaranan problemlərə, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə baxılıb.
Qəbulda vətəndaşların Komitənin səlahiyyətləri çərçivəsində müraciətləri müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Ağdaşda vətəndaşları qəbul etdi
Komitənin sədr müavini Sədaqət Qəhrəmanova Ağdaşda vətəndaşları qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova 2020-ci il 14 fevral tarixində Ağdaş rayonu Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.
Qəbulda Kürdəmir, Göyçay, Ağdaş rayonundan olan sakinlərin ərizə, təklif və müraciətlərinə baxılıb. Görüş çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, aliment, uşaqlarla ünsiyyət və boşanmalardan yaranan problemlərə, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə baxılıb.
Qəbulda vətəndaşların Komitənin səlahiyyətləri çərçivəsində müraciətləri müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.
Qəbul başa çatdıqdan sonra Komitənin sədr müavini Sədaqət Qəhrəmanova rayonun bir qrup fəal qadını ilə görüşüb. O, ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayonun fəal qadınlarına məlumat verib. Sonda müzakirələr aparılıb və tədbir iştirakçılarının təklifləri nəzərə alınıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən 2019-cu ilin son 8 ayı ərzində regionlarda keçiriləcək vətəndaş qəbulları üzrə qrafik
N |
Tarix |
Məsul şəxs |
Rayon |
1 |
24 may |
Sədr Hicran Hüseynova |
Cəlilabad, Masallı |
Sədaqət Qəhrəmanova Sədrin müavini |
Biləsuvar, Cəbrayıl
|
||
2 |
13 iyun |
Sədr Hicran Hüseynova |
Şəki ,Oğuz |
Sədrin müavini Aynur Sofiyeva |
Qax, Balakən, Zaqatala
|
||
3 |
26 iyul |
Sədr Hicran Hüseynova |
İsmayıllı, Qəbələ |
Sədrin müavini Sədaqət Qəhrəmanova |
Şamaxı, Qobustan, Ağsu
|
||
4 |
30 avqust |
Sədr Hicran Hüseynova |
Xızı Siyəzən, Şabran |
Sədrin müavini Aynur Sofiyeva |
Xaçmaz, Quba, Qusar |
||
5 |
16 sentyabr |
Sədr Hicran Hüseynova |
Qazax, Ağstafa, Tovuz |
Sədrin müavini Sədaqət Qəhrəmanova |
Şəmkir, Daşkəsən, Gədəbəy |
||
6 |
22 oktyabr |
Sədr Hicran Hüseynova |
Lənkəran, Astara |
Sədrin müavini Aynur Sofiyeva |
Lerik, Yardımlı |
||
7 |
19 noyabr |
Sədr Hicran Hüseynova |
Ağdamda Ağdam, Tərtər, Bərdə |
Sədrin müavini Sədaqət Qəhrəmanova |
Ağcabədidə Ağcabədi, Laçın, Beyləqan, Xocavənd, Füzuli |
||
8 |
05 Dekabr |
Sədr Hicran Hüseynova |
Abşeron ( Zəngilan), Sumqayıt, Qubadlı, Şuşa |
Sədrin müavini Aynur Sofiyeva |
İmişli, Saatlı, Sabirabad |